HƏMAS: Fələstinli məhbuslara qarşı sistemli hücum onların əzmini zəiflətməyəcək

HƏMAS: Fələstinli məhbuslara qarşı sistemli hücum onların əzmini zəiflətməyəcək

Fələstin İslam Müqaviməti Hərəkatı Həmas işğalçı rejimin fələstinli məhbuslara sistematik hücumunun onların əzmkarlığını zəiflətməyəcəyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bu gün (10 may)  mətbuata açıqlamasında elan edib: Xalqımızın nasist işğalının vəhşiliyinin qurbanı olmasına imkan verməyəcək və Müqavimət xalqa sadiq qalacaq.

Bəyanatda həmçinin deyilir: Fələstinli məhbusların, o cümlədən komandir İbrahim Hamedin və onun digər yoldaşlarının işğal həbsxanalarında bir sıra məhbusların şəhid olmasına səbəb olan təqiblərinə dair mövcud dəlillər var. Bu da işğalçıların intiqam, işgəncə və qətl, və hər hansə bir sistematik hücumlarının göstəricisidir.

HƏMAS hərəkatı beynəlxalq və insan haqları təşkilatlarından işğal rejiminin həbsxanalarında fələstinli məhbusların gizlin qətlinə görə məsuliyyəti öz üzərinə götürmələrini istəyərək elan edib: Sionist rejim bütün beynəlxalq konvensiyalar və standartları, xüsusən də əsirlərə dair Cenevrə Konvensiyasının ziddinə rəftar edir.

Bəyanatın sonunda faşist işğalçı rejimin cinayətkar siyasətinin nəticələri barədə xəbərdarlıq edərək hər bir fələstinli məhbusun həyatına görə tam məsuliyyət daşıdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − ten =