Livandan işğal olunmuş ərazilərə raket hücumu

Livandan işğal olunmuş ərazilərə raket hücumu

İnformasiya qaynaqları Livandan Əl Cəlilə bir neçə raket atıldığından xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, sionist rejimin 12-ci kanalı bu gün (10 may) elan edib: Livandan işğal olunmuş Əl-Cəlil əl-Əla bölgəsinə doğru bir neçə zirehli raket atılıb.

Məlumata görə raketin düşdüyü ərazidə yanğın baş verib.

Bu xəbərdən bir neçə dəqiqə əvvəl isə Əl Cəzirə telekanalı Qəzzanın cənub hissəsindəki Sofa və Havallitdə həyəcan sirenlərinin səsləndiyindən xəbər vermişdi.

Dünən Livanın İslami müqaviməti işğal altındakı Fələstinin şimalındakı Malikiyyə hərbi bazasında sionist rejimin zirehli avtomobilini hədəfə aldığını elan etmişdi.

Livan İslami Müqaviməti bu əməliyyatda bu avtomobilin yandırıldığını və içərisində olanların öldürüldüyünü və yaralandığını vurğulamışdı.

Livan Hizbullahı Fələstin müqavimət qruplarının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Şimali Fələstində sionist hərbçilərin böyük bir hissəsini Qəzzadan yayındırmaq və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün Fələstin ərazisində sionist rejimin hədəflərinə qarşı ağır əməliyyatlar həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + three =