HƏMAS: İsrail tərəfindən atəşkəs pozulub, vasitəçilərin cavabını gözləyirik

HƏMAS: İsrail tərəfindən atəşkəs pozulub, vasitəçilərin cavabını gözləyirik

HƏMAS hərəkatının yüksək rütbəli üzvü sionist məhbusların ikinci qrupunun azadlığa buraxılmasının təxirə salınmasının ardınca, bu qərarın işğalçı rejim tərəfindən atəşkəs razılaşmasının pozulması səbəbindən verildiyini açıqlayıb.

İRNA-nın Əl-Məyadinə istinadən şənbə gecəsi verdiyi məlumata görə, HƏMAS hərəkatının yüksək vəzifəli üzvü və bu hərəkatın Livandakı nümayəndəsi Usamə Həmdan deyib: İsraillilər atəşkəsin müddəalarının həyata keçirilməsində pozuntular edib ki, onlardan bəziləri dünən baş vermiş və bu gün də təkrarlanmışdır.

O deyib: Əl-Qəssam Briqadaları sionist məhbusların ikinci qrupunun azad edilməsini dayandırmaq qərarına gəlib və biz bu pozuntularla mübarizə aparmaq və sionistlərin pozuntularına son qoymaq üçün onlarla əlaqə saxlayırıq.

Usamə Həmdan davam edib: İşğalçıların pozuntuları hücumlar həyata keçirməklə yanaşı, həm də Qəzzaya yük maşınlarının daxil olması məsələsi ilə bağlıdır.

Fələstin müqaviməti sionist rejimin Qəzzə xalqı və işğal olunmuş ərazilərin digər bölgələrinə qarşı yetmiş ildən artıqdır davam edən işğal və təcavüzünə cavab olaraq, bu rejimə qarşı oktyabr 7-də Əl-Əqsa tufanı əməliyyatına başlayıb.

Sionist rejim hər zaman olduğu kimi, müqavimət döyüşçülərinin əməliyyatlarına cavab olaraq dinc əhalini qətlə yetirib və yaşayış məntəqələrini bombalayıb.

Sionist rejimin cinayətləri dünya azad insanlarının və bütün dünya müsəlmanlarının sərt reaksiyasına səbəb oldu və bir çox hökumətlər və beynəlxalq qurumlar da ictimai rəyə əməl etməyə və bu cinayətləri pisləməyə məcbur olublar.

Ötən həftənin sonlarında işğalçı rejim Fələstin müqavimətinə qarşı keçirdiyi əməliyyatda məğlubiyyəti qəbul edib və müqavimətə təslim olub.

Sionist rejim və HƏMAS müqavimət hərəkatı arasında Qəzza zolağında 4 günlük atəşkəs cümə günü (yerli vaxtla) səhər saat 7:00-da başlayıb.

Bir çox ekspertlər Netanyahunun sionistlər arasında nüfuzunun kəskin şəkildə aşağı düşməsini işğal olunmuş ərazilərdə siyasi gərginliyin yeni mərhələsinin başlanğıcı hesab edir və erkən seçkilərin keçirilməsini və ya Netanyahunun hakim koalisiya tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasını çətin hesab etmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =