İran “BRICS-ə üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin sammiti”nə gedir

İran “BRICS-ə üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin sammiti”nə gedir

Rusiya Federasiyası milli təhlükəsizlik şurasının katibi iranlı əməkdaşını Sankt Peterburq şəhərində keçirilən “BRICS-ə üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin sammiti”nə dəvət edib.

Sizinyol müxbirinin məlumatına əsasən, Əli Əkbər Əhmədian Nikolay Patruşevin dəvəti ilə İran İslam Respublikasının yüksək rütbəli nümayəndələri ilə birlikdə Sankt Peterburqa səfər edəcək.

Məlumata görə, “BRICS-ə üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin sammiti”ndə iştirak xüsusilə “Doğru Vəd” əməliyyatından sonra regional məsələlərin müzakirəsi zəminində İran üçün çox əhəmiyyətli bir iclas kimi dəyərləndirlir. Elə bu cəhətdən də bu səfərin beynəlxlaq auditoriyaya təsirlərini nəzərə alaraq “İnqilab Cəbhəsi” media vasitələri tərəfindən işıqlandırılması müsbət nəticələr verə bilər.

Media vasitələrinə tövsiyələr:

  1. İran İslam Respublikasının regionda terrorizmlə mübarizə yönlü müdafiə təhlükəsizliyi və bu səfərdə qarşıya qoyulan məqsədlərın ictimaiyyətə çatdırılması
  2. Sankt Peterburq sammitinin Münhen sammiti ilə müqayisəli tərəfləri
  3. Dünyanın 5 qitəsindən olan 110 ölkə nümayəndəsinin bu sammitdə iştirakının əhəmiyyəti
  4. İran Milli Təhlükəsizlik Şurası katibi Əli Əkbər Əhmədianın Hindistan, Braziliya, Suriya, İraq və bu kimi ölkə nümayəndələri ilə ikitərəfli görüşlərindəki əhəmiyyətli mövzuların işıqlandırılması
  5. Başda Qəzzə sektorunda baş verənlər barədə İran İslam Respublikası ilə ABŞ və Qərb ölkələrinin məqsədlərinə müqayisəli baxış və onların aşılanması
  6. Regiondakı mövcud vəziyyət və “Doğru Vəd” əməliyyatından sonra İran İslam Respublikasının nüfuz və potensiallarının təzahürü
  7. Sammit çərçivəsində təşkil olunan komitə və konfranslarda İran İslam Respublikası maraqlarını əks etdirən mövzuların işıqlandırılması

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 19 =