İsfahanın S-300 saytına hücum; iddiadan reallığa – Peyk görüntüləri nə deyir?

İsfahanın S-300 saytına hücum; iddiadan reallığa – Peyk görüntüləri nə deyir?

Qərb mediası sionist rejimin İsfahanda yerləşən hava bazasının S-300 saytına hücum etdiyini iddia edir, lakin peyk görüntüləri başqa şey deyir.

Qərb mediası sionist rejimin İsfahanda yerləşən hava bazasının S-300 məntəqəsinə hücum etdiyini iddia etsə də, peykdən çəkilən görüntülər başqa bir şeyi göstərir. 

Umbra Space tərəfindən çəkilmiş və CNN tərəfindən yayımlanan İsfahan bazasından hazırlanmış SAR görüntüsü İsfahanda yerləşən S-300 sisteminin bəzi hissələrinin yerdəyişməsini göstərsə də, bu sayta ziyan dəydiyini təsdiqləmirdi və bu Amerika mediası çəkilmiş görüntülərdə böyük ziyan görmədiyini açıqladı. 

Müşahidəçilərə bir çox təfərrüat verməyən bu görüntülərin yayımlanmasından sonra növbəti görüntü “Planet Lab” tərəfindən yayımlandı. Bu görüntüdə keyfiyyəti və dəqiqliyi çox aydın olmasa da, İsfahanda S-300 sisteminin yerləşdiyi yerdə –konkret olaraq, bu sistemin Tombstone ləqəbli 30N6E2 yanğına nəzarət radarının yerləşdirmə nöqtəsi ilə bağlı yerdə– qaranlıq ləkə bu hissədə yanığa bənzər və ya alovlanma kimi bir hadisənin baş verməsi ilə bağlı şübhələri artırırdı. 

Bəzi anti-İran mediaları qeyd olunan radarda yanıq və partlayışların olduğunu iddia etsələr də, bu görüntülərin qiymətləndirilməsi dəqiq şəkildə göstərir ki, partlayış və yanma təsiri adlandırılan şey əslində 30N6E2 radar sisteminin yerə düşən kölgəsidir və onu partlayışın təsiri kimi görürlər. 

Nəhayət, dünən axşam Planet Lab tərəfindən hazırlanmış və Associated Press tərəfindən yayılmış daha bir peyk görüntüsü ortaya çıxdı ki, bu da İsfahan bazası və onun radarlarının S-300 sahəsində heç bir xəsarət və ya partlayış və dağıntı izi olmadığını göstərir. 

Halbuki, ballistik raketlər əhəmiyyətli çəkiyə malik döyüş başlıqlarının istifadəsi və həmçinin bir yerə dəydikdə yüksək kinetik enerjisi səbəbindən əhəmiyyətli miqdarda dağıntı, yanıq və xəsarət buraxır. Hansı ki, bu baş vermiş olsaydı heç olmasa, onu kəşf etmək və peyk görüntülərində görmək mümkün olmalı idi.

اصفهان
اصفهان
اصفهان

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =