İran buğda təminatında idxaldan asılılığı tama aradan qaldırıb – KTN rəsmisi

İran buğda təminatında idxaldan asılılığı tama aradan qaldırıb – KTN rəsmisi

İran 2025-ci ilin martında başa çatacaq cari ildə xaricdən buğda idxal etməyəcək.

ISNA xəbər verir ki, bu açıqlama ilə İranın kənd təsərrüfatı nazirinin müavini Əlirza Mohacer çıxış edib.

Onun sözlərinə görə, 2023-cü ilin martından 2024-cü ilin martına qədər olan keçən il ölkədə buğda istehsalının həcmi 10,5 milyon ton, buğda idxalının həcmi 1 milyon ton təşkil edib: “Lakin bu il biz özümüzü tam təmin edəcəyik və buğda idxal etməyəcəyik”.

Mohaçer bildirib ki, iki il ərzində Tehran buğda idxalının həcmini 7 dəfə – ildə 7 milyon tondan 1 milyon tona qədər azaldıb. İran rəsmisi ölkənin aqrar-sənaye sektorunun əsas problemini “kənd təsərrüfatına yararlı torpaqlarının azalması” adlandırıb və əlavə edib ki, dövlət bu problemin həlli üçün səylərini gücləndirəcək.

Qeyd edək ki, Rusiya İrana ən böyük və əsas buğda tədarükçüsüdür. 2024-cü il fevralın 13-də İran Taxıl İttifaqının rəhbəri Kaveh Zərgəran bildirib ki, ölkəsi hər il Rusiyadan 2,5-3 milyon ton digər taxıl idxal edir. Zərgəranın sözlərinə görə, respublikada buğdadan əlavə dənli bitkilərin becərilməsi quraq iqlimə görə iqtisadi cəhətdən məqsədəuyğun deyil və onların xaricdən gətirilməsi daha məqsədəuyğun variant hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =