İsrail ordusu: Rəfahda əməliyyat üçün kifayət qədər silah-sursat var

İsrail ordusu: Rəfahda əməliyyat üçün kifayət qədər silah-sursat var

İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində planlaşdırılan əməliyyatlar üçün kifayət qədər sursat ehtiyatına malikdirlər.

Bu barədə İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.

“İsrail Müdafiə Ordusunda planlaşdırılan missiyalar üçün sursat var, o cümlədən Rəfahdakı missiyalar üçün lazım olan hər şey mövcuddur”, – o, ABŞ-nin İsrailə hərbi tədarükü məhdudlaşdırmaq planları ilə bağlı sualı cavablandırarkən deyib.

Haqari həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu günə qədər İsrail dövlətinə və onun ordusuna müharibə zamanı görünməmiş təhlükəsizlik yardımı göstərib. Hərbçilərin nümayəndəsinin sözlərinə görə, İsrail ordusunun Baş Qərargah rəisi Hersi Halevi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı Maykl Kurilla ilə daim təmasdadır. “Aramızda fikir ayrılıqları olsa belə, onları bağlı qapılar arxasında həll edirik. İsrail dövlətinin təhlükəsizlik sahəsində maraqları var və biz də ABŞ-nin maraqlarına diqqət yetiririk, buna görə də fəaliyyətə davam edəcəyik”, – Haqari deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =