İranın hücumu ölkənin təhlükəsizliyinin güclü müdafiəsi istiqamətindədir 

İranın hücumu ölkənin təhlükəsizliyinin güclü müdafiəsi istiqamətindədir 

 İranın İraq və Suriyada müəyyən mövqelərə raket hücumu ölkənin təhlükəsizliyi və hakimiyyətinin güclü şəkildə müdafiə edilməsi istiqamətində olub.Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (16 yanvar) İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) İraqın Ərbil vilayətinə və Suriyanın İdlib vilayətinə raket hücumunu şərh edərkən deyib.

N.Kənaninin sözlərinə görə, İran həmişə regionda sülh, stabillik və təhlükəsizliyin tərəfdarı olub və ölkələrin ərazi bütövlüyü və suverenliyinə riayət olunmasına sadiqdir. Eyni zamanda ölkənin milli və vətəndaşlarının təhlükəsizliyini hədələyən tərəflərə ciddi şəkildə cavab vermək və cinayətkarları tənbeh etmək üçün öz qanuni haqqından istifadə etməkdə şübhə etməyəcək.

“İran yüksək təhlükəsizlik məlumatları əldə etmək bacarığı ilə dəqiq və məqsədli əməliyyat çərçivəsində cinayətkarların məkanlarının müəyyənləşdirib və nəzərdə tutulan hədəfləri dəqiqliyi ilə seçilən raketlərlə vurub. Bu isə ölkənin milli təhlükəsizliyinə qarşı addım atanlar əleyhinə İranın reaksiyasının bir hissəsidir”, – deyə o qeyd edib.

Kənani bildirib ki, terrorizm qlobal təhdiddir. İran regional və beynəlxalq əməkdaşlıq çərçivəsində terrorizmlə mübarizədə ciddi iradəyə sahibdir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İranın Kirman vilayətindəki partlayışlara cavab olaraq ötən gecə İraq və Suriyada terrorçuların qərargahı və bazasına ballistik raketlərlə zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =