İranın SEPAH generalının şəhid olmasına reaksiya verdi

İranın SEPAH generalının şəhid olmasına reaksiya verdi

Tehran İsrail ordusunun Suriyada İranın hərbi müşaviri general Rza Musəvinin ölümü ilə nəticələnən hərəkətlərini kəskin şəkildə pisləyir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Sionist rejim öz acınacaqlı mövcudluğu müddətində beynəlxalq qayda və normaları daim pozaraq çoxlu müxtəlif cinayətlər törədib. İndi də qorxaq bir terror aktı törədib. İran lazımi tədbirləri görmək və İsrailin hərəkətlərinə lazımi yerdə cavab vermək hüququnu özündə saxlayır”, – Kənani bildirib.

Qeyd edək ki, dekabrın 25-də İsrail ordususunun endirdiyi zərbələr nəticəsində iranlı general Rza Musəvi Dəməşqin cənubundakı Seyidə Zeynəb bölgəsində öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 19 =