Kolumbiya Ramallahda səfirlik açdı

Kolumbiya Ramallahda səfirlik açdı

Kolumbiya işğalçı İsrail rejimi ilə əlaqələrini kəsdikdən sonra Fələstin Muxtariyyətinin mərkəzində səfirlik açdığını elan edib.

Əl Aləm telekanalınınməlumatına əsasən, Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Moreo bu gün (23 may) prezident Qustavo Petro Ramallahda səfirliyin yenidən açılması barədə göstəriş verdiyini elan edib.

Qeyd edək ki, Kolumbiya 9 avqust 2018-ci ildə müstəqil Fələstin dövlətini tanıyıb. Ölkə mayın 12-də Təl-Əviv rejimi ilə də əlaqələrini kəsib və ölkə prezidenti də İsrail “soyqırımçı” olduğunu elan edib.

Kolumbiya prezidenti Qustavo Petro Əl-Əqsa Tufanı əməliyyatından bir həftə sonra X sosial şəbəkəsində Ramallahda səfirlik açacağını yazmışdı. Onun Qəzza müharibəsi başlayandan sonra söylədiyi sözlər və tutduğu mövqelər İsrail hakimiyyətinin qəzəbinə səbəb olduğu üçün Tel-Əviv prezidentin bəyanatlarından sonra Kolumbiyaya silah ixracını dayandırdığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =