Livanın cənubunda daha iki Hizbullah üzvü şəhid olub-Foto

Livanın cənubunda daha iki Hizbullah üzvü şəhid olub-Foto

Livan Hizbullahı çərşənbə axşamı gecə sionist rejimin Livanın cənubundakı hücumunda iki üzvünün şəhid olmasını təsdiqləyib.

İRNA-nın “Əl-Əhd” xəbər saytına istinadən verdiyi məlumata görə, Hizbullah bu hərəkatın üzvlərindən olan “Əmir Əli” ləqəbli “Əhməd Həsən Əd-Deyrani”nin Qüds uğrunda şəhid olduğunu açıqlayıb. O, Əl Baqidəki “Qəsr Nəbə”nin sakinlərindən idi.

Hizbullah həmçinin, “Heydər Əli” ləqəbli digər döyüşçüsü Hadi Həsən Əvalanın şəhadətini elan edib. O, Beyrutun cənub ətraflarında yerləşən “Əl-Qubeyri” kəndinin sakinlərindən olub.

Bununla əlaqədar olaraq Livanın İslami müqaviməti bu gün (çərşənbə axşamı) sionist rejimin 6 hərbi bazasını hədəf aldığını elan edib.

Bu qrup əlavə edib ki, döyüşçülər Branit kazarmasındakı 91-ci diviziyanın qərargahını uyğun silahlarla hədəfə alıblar.

Livan Hizbullahı tərəfindən “Əqsa tufanı” əməliyyatının başlaması ilə Fələstinin şimalında sionist hərbçilərin böyük bir hissəsini durdurmaq və Qəzzada müqavimətə təzyiqləri azaltmaq məqsədilə işğal olunmuş Fələstin ərazisində sionist rejimin məqsədlərinə qarşı gündəlik ağır əməliyyatlar həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =