Nigerdə Fransa səfirinə ölkəni tərk etməsi üçün iki gün vaxt verilib

Nigerdə Fransa səfirinə ölkəni tərk etməsi üçün iki gün vaxt verilib

Nigerdə ​​dövlət çevrilişi həyata keçirən üsyançıların lideri Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkədən getməyi tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Səfir qiyamçıların nəzarətində olan Xarici İşlər Nazirliyinə edilən zəngə cavab verməyib və onların nümayəndələri ilə görüşməkdən imtina edib.

Qeyd edək ki, Niger “Azadlıq və Ləyaqət Hərəkatı”nın nümayəndələri Niameydəki Fransa hərbi bazası qarşısında mitinq keçirərək, fransız qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılmasını tələb ediblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 1 =