Qəzza zolağının mərkəzinə səhər tezdən hücumlar edilib və 6 fələstinli şəhid olub
Səhər tezdən sionist rejimin Qəzza zolağının mərkəzində yerləşən Deyrəl-Bələh yaşayış məntəqəsinə hücumu nəticəsində 6 nəfər şəhid olub və onlarla insan yaralanıb.
Mehr Xəbər Agentliyinin məlumatına görə, Fələstinin Əl-Yəvm internet saytı səhər tezdən Qəzza zolağının mərkəzində Deyrəl-Bələhdə yaşayış məntəqələrinin bombalanması nəticəsində şəhid olanların sayının 6 nəfərə çatdığını bildirib.
Əl-Cəzirə xəbər kanalının müxbiri bildirib ki, sionist rejimin səhər tezdən Deyrəl-Bələhdə bir sıra yaşayış evlərinə hücumu zamanı 9 mülki şəxs şəhid olub və yaralanıb.
Digər tərəfdən Əl-Məyadin xəbər kanalı təcili xəbərdə sionist rejim döyüşçülərinin Qəzzanın mərkəzindəki Əl-Buxari məscidini hədəfə aldığını bildirib.
İsrail döyüş təyyarələri bir neçə saat əvvəl Qəzza zolağının mərkəzindəki Deyrəl-Bələh şəhərinə hücum edib.
Eyni zamanda bu ərazinin səmasında İsrail helikopterləri uçub.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağında verdiyi açıqlamaya görə, müharibənin əvvəlindən bu yana şəhidlərin sayı 30 mini keçib və müqavimət qüvvələri buna cavab olaraq işğalçılara ağır zərbələr endirirlər.
Qəzzə zolağında Səhiyyə Nazirliyi sionist rejimin təcavüzü nəticəsində 30 min 228 nəfərin şəhid və 71 min 377 nəfərin isə yaralı olduğunu açıqlayıb.