Qəzzada kütləvi məzarlıqların tapılmasına İranın reaksiyası: Bu, soyqırımın bariz nümunəsidir

Qəzzada kütləvi məzarlıqların tapılmasına İranın reaksiyası: Bu, soyqırımın bariz nümunəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir xəstəxanasının yüzlərlə xəstə, yaralı və tibb işçilərinin kütləvi məzarlarının aşkar edilməsinə reaksiya olaraq deyib: Sionist rejimin Qəzza zolağındakı cinayətləri soyqırımın bariz nümunəsidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasir Kənani”  Qəzzada Nasir xəstəxanası yaxınlığında kütləvi məzarlıqların aşkar edilməsinə cavab olaraq beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının xəstəxanalar və tibb mərkəzləri üçün dəstəyini vurğulayaraq deyib: Qeyd olunan cinayətin törədilməsi İsrail rejiminin məsuliyyətini və onun sionist günahkarlarının cinayət məsuliyyətini müəyyən etməklə yanaşı, bu rejimi dəstəklədiyi məlum olan hökumətlər üçün beynəlxalq məsuliyyət yaradır.

Kanani əlavə edib: Sionist rejimin Qəzza zolağının sakinlərinə qarşı tez-tez, mütəşəkkil və geniş yayılmış cinayətləri soyqırım və hərbi cinayətlərin bariz nümunələridir və qeyd olunan cinayətin icraçılarının və nəzarətçilərinin cəzasız qalması ilə qarşı dürmaq beynəlxalq ictimaiyyət və orqanların vəzifəsidir.

İran İslam Respublikası bu dəhşətli faciəni qətiyyətlə pisləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Baş katibini, bu təşkilatın Təhlükəsizlik Şurasının dövriyyədəki sədrini və bütün ölkələr və beynəlxalq ictimaiyyətin məsul üzvlərini  bu cinayəti pisləməklə yanaşı, onu törədənləri və idarəçilərini cəzalandırmaq üçün milli, regional və beynəlxalq imkanlarından istifadə etməyə çağırır.-deyə  İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Qeyd edək ki, Qəzzadəki Fələstinin Yardım və Xilasetmə Qrupu Xan Yunusdakı “Nasir” tibb kompleksində sionist Ordu hərbçiləri tərəfindən basdırılan kütləvi məzarlıqlardan 50 şəhidin cəsədini çıxardıqlarını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =