Qeyri-adi viruslar yayılır, qəfil ölümlər artır: Peyvəndin fəsadlarıdır? – XƏBƏRDARLIQ

Qeyri-adi viruslar yayılır, qəfil ölümlər artır: Peyvəndin fəsadlarıdır? – XƏBƏRDARLIQ

Mövzu ilə əlaqədar Publika.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, qrip virusu səbəbindən hər il yüz minlərlə insan həyatını itirir:

“Pandemiyanın bitməsi həmin virusun sonlanması deməkdir. Yəni bu, bir də davam edə bilməz. Sadəcə olaraq epizodik yoluxmalar olur. Omikronun mutasiya olunmuş variantları davam edir və insanlar arasında yoluxmalar mövcuddur. Virus infeksiyaları hər zaman var. Yuxarı tənəffüs yollarında iltihab törədən, respirator infeksiya törədən xeyli viruslar var. Bəzən havanın dəyişməsi zamanı, uyğun geyimin seçilməməsi, kondisionerdən düzgün istifadə edilməməsi bu hala gətirib çıxara bilər. Ona görə də, insanlar diqqətli olmalıdır. Havanın istisinə aldanmamalıdırlar. Virus infeksiyaları bəzən ağırlaşaraq ölümə də gətirib çıxara bilərlər. Covid-19 pandemiyasından əvvəl də hər zaman müşahidə etmişik ki, qrip virusu səbəbindən dünyada yüz minlərlə insan həyatını itirir.”

Vaksinlərin fəsadları ilə əlaqədar yayılan şayiələr barədə danışan Aqil Qeybulla bildirib ki, bu faktı təsdiq edəcək elmi məlumatlar yoxdur:

“Vaksinlərlə bağlı müəyyən şayiələr gəzir. Bunları tam inkar edə bilmərəm. Ancaq bunları təsdiq edəcək elmi məlumatlar da ortada yoxdur. Bununla bağlı çox ciddi araşdırmalar gedir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri var. Həmin mərkəzlərdə də bu mövzu ilə əlaqədar araşdırmalar davam edir. Yəqin ki, yaxın vaxtlarda aparılan vaksinasiyanın özü haqqında da müəyyən rəylər ortada olacaq. Hesab edirəm ki, insanlar maksimum diqqətli olmalıdırlar. Vətəndaşlardan mümkün qədər sağlamlığı qorumaq, immun sistemini gücləndirmək tələb olunur”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + ten =