Sionist nazir: Heç kim zəiflərlə sülh istəmir

Sionist nazir: Heç kim zəiflərlə sülh istəmir

Sionist rejimin enerji və infrastruktur naziri hal-hazırda Səudiyyə Ərəbistanı ilə sülh sazişinin vacib olmadığını vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Eli Kohen deyib: Təl-Əvivlə diplomatik əlaqələrin normallaşması üçün onların deyil, bizim şərt qoymamız lazımdır.

Eli Kohenin sözlərinə görə təhlükəsizlik sülhdən əvvəl gəlir, indi vacib olan Səudiyyə Ərəbistanı sülh məsələsi deyil və biz gözləyə bilərik. Heç kim Yaxın Şərqdə zəiflərlə sülh müqaviləsi bağlamayacaq, indi diqqət etməli olduğumuz ən vacib şey təhlükəsizlikdir.

Kohen həmçinn deyib: Amerikalıları yalnız iki məsələ maraqlandırır: Müharibənin bitməsi və Səudiyyə Ərəbistanı ilə sülh müqaviləsi. Bu məsələ regional komponentlər kontekstində düzgündür, Amma bu, hazırda hökumətimiz üçün prioritet deyil.

Kohen sonda qeyd edib: Amerika prezident seçkilərindən əvvəl siyasi nailiyyətə can atır. Səudiyyə Ərəbistanı kimi mötədil bir ölkə isə indi Tel-Əvivlə problemini həll etməyi düşünür, ona görə də müharibə bitdikdən sonra sülh sazişi haqqında danışmağa vaxtımız olacaq.

Qeyd edək ki, ABŞ xarici işlər naziri Entoni Blinken çərşənbə axşamı deyib: Hazırkı vəziyyətdə Səudiyyə Ərəbistanı ilə Təl-Əviv arasında münasibətlərin normallaşmasına doğru irəliləmək mümkün deyil və hazırda top Təl-Əvivin meydançasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + two =