Sionist rejimin Xan Yunisə hücumlarında 11 nəfər şəhid olub

Sionist rejimin Xan Yunisə hücumlarında 11 nəfər şəhid olub

Sionist rejim ordusunun Qəzzə zolağına hava hücumları davam edir və bu hücumlar təkcə Xan Yunisdə 11 fələstinlinin şəhid olması ilə nəticələnib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, sionist rejim ordusunun Qəzzə zolağına hücumları davam edir və bu zolağın müxtəlif bölgələri sionist rejim ordusunun hədəfindədir.

Əl-Cəzirə müxbiri ötən saatlarda sionist rejim ordusunun Xan Yunisə hücumları zamanı 11 fələstinlinin şəhid olduğunu bildirib.

Həmçinin, sionist ordu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində mülki avtomobili hədəfə alıb və nəticədə 4 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Qəzza zolağının mərkəzində yerləşən Nusirat düşərgəsindəki mənzilin bombalanması nəticəsində daha 4 fələstinli də şəhid olub.

Sionist rejim ordusu Qəzza zolağının şimalında Beyt-Lahiyanın qərbində yerləşən “Səlatin” bölgəsini də hədəfə alıb və daha 3 fələstinlini şəhid edib.

İsrail ordusunun Qəzzanın “Əz-Zeytun” qəsəbəsinə artilleriya hücumu nəticəsində 2 fələstinli şəhid olub.

Xan Yunis şəhərinin şərqində də güclü partlayış eşidilib və bu şəhərin mərkəzindəki “Amal” qəsəbəsi ərazisindən tüstü qalxıb.

Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə düşərgəsinin şərqindəki Təl Əz-Zətər də sionist rejim qırıcıları tərəfindən bombalanıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin sionist rejimin qırıcıları və artilleriyasının Xan Yunisdəki “Əmal” xəstəxanası ətrafını bir neçə dəfə hədəfə aldığını açıqlayıb.

Əl-Cəzirə müxbirinin verdiyi məlumata görə, İsrail ordusunun silahları Cəbəliyyə düşərgəsi və Beyt-Lahiya bölgəsinin şərqinə doğru irəliləməyə çalışdığı bir vaxtda bu bölgələrdə intensiv toqquşmalar davam edir.

Sionist rejimin artilleriyası Qəzza zolağının şimal-qərbində yerləşən Beyt-Ləhiyyənin bəzi yerlərini atəşə tutub.

Cəbəliyyənin şərqindəki bəzi evlər də sionist rejim qırıcıları tərəfindən bombalanıb.

Əl-Cəzirə müxbiri xəbər verir ki, sionist rejimin köməkçi qüvvələri, o cümlədən, bu rejimin silahları və buldozerləri Cəbəliyyənin şərqinə çatıb və bu ərazidə qazıntı əməliyyatlarına başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 16 =