Sistem yaradan sənəd və yekun mərhələ – Zəngəzur dəhlizinin bir addımlığında

Sistem yaradan sənəd və yekun mərhələ – Zəngəzur dəhlizinin bir addımlığında

Şərhçilərin və politoloqların heç biri ən mühüm reallığa əhəmiyyət vermədi: demək olar ki, tam bir iş günü davam edən Vladimir Putin-İlham Əliyev danışıqlarından sonra Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının iclası keçirilib və burada Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqlarının diplomatik müdafiəsi məsələsi müzakirə olunub.

İctimaiyyətə açıqlanan əsas vurğu ondan ibarətdir ki, kollektiv Qərb postsovet regionunun digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa, region ölkələri ilə Rusiya arasında müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, habelə kollektiv təhlükəsizlik və iqtisadi əməkdaşlığın mövcud mexanizmlərini sıradan çıxarmağa çalışır.

Demək olar ki, rəsmi, əsasən Xarici İşlər Nazirliyi və güc strukturları ilə əlaqəli təbliğat vasitəsi hesab edilən Rusiyanın “Regnum” agentliyi Vladimir Putin-İlham Əliyev danışıqlarından sonra bildirib ki, “nəhayət, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması təhlükəsini keçmiş hesab etmək olar”.

Kremlin Rusiya Xarici İşlər Nazirliyinə hansı analitik-məsləhət xarakterli sənədi göndərdiyini bilmirik və bilə də bilmərik, lakin güman edilir ki, bu, Vladimir Putin-İlham Əliyev danışıqlarında əldə olunan prinsipial razılaşmalar üzərində qurulmalıdır, bunlar isə məntiqi olaraq iki il əvvəl (22.02.2022) imzalanmış strateji əməkdaşlıq haqqında Bəyannamədən irəli gəlir. Bu isə, rusların dediyi kimi, sistem yaradan sənəddir.

Yekun mərhələnin nə olduğunu anlamağa çalışmaq lazımdır. Bu gün Fransa mətbuatı İlham Əliyevin ciddi regional oyunçuya çevrildiyini deyir. Əslində, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı əldə edilmiş razılaşmanın müsbət qarşılanmasından başqa heç bir reaksiya yoxdur. Prezident İlham Əliyev deyir: “Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik. Biz xətti əsas kimi götürürük, amma məntiqli olmalıyıq və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik”.

Rusiya mətbuatı Azərbaycanda dəmir yolu şəbəkəsinin modernləşdirilməsindən yazır və Bakı-Şirvan xəttinin cənub xətti ilə yanaşı, qərb xəttinin də davamı olduğuna eyham vurur. Söhbət sovet illərində Naxçıvana aparan Horadizdən gedir. Prezident İlham Əliyev “sərhəd rahatlığı” dedikdə bunu nəzərdə tutur? Görünür, Vladimir Putin və İlham Əliyev regional rejimlə ciddi razılığa gəliblər.

Firuz Bağırov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 3 =