Suriya və İraqdakı Amerika bazalarına 151 müqavimət hücumu həyata keçirilib

Suriya və İraqdakı Amerika bazalarına 151 müqavimət hücumu həyata keçirilib

ABŞ Müdafiə Nazirliyi 2023-cü il oktyabrın 17-dən bəri Suriya və İraqdakı Amerika bazalarına 151 raket və pilotsuz təyyarə hücumu həyata keçirildiyini açıqlayıb.

Nazirliyin açıqlamasında bu hücumların ən mühümlərinin İraqın qərbindəki Eynul-Əsəd aviabazasına, Suriyanın şimalında Həsəkə ətrafında yerləşən Ər-Rumeylan hava limanına və ABŞ qüvvələrinin Suriyadakı Koniko bazasına edilən hücum olduğuna işarə edilir.

ABŞ-ın Yaxın Şərqdəki qüvvələri Ağ Evin Qəzzaya qarşı müharibədə sionist rejimə dəstəyinə görə müqavimətin genişmiqyaslı raket və pilotsuz təyyarə hücumları ilə üzləşir.

Qeyd edək ki, İraqdakı Amerika hərbçilərinin sayı 2500, Suriyada isə 900 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =