Tulkərim batalyonunun ikinci anti-sionist əməliyyatı

Tulkərim batalyonunun ikinci anti-sionist əməliyyatı

Sərayaəl-Qüdsə bağlı Tülkarim batalyonu bu gün ikinci anti-sionist əməliyyatını elan edib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Sərayaəl-Qüdsə bağlı Tülkərim batalyonu İordan çayının qərb sahilində yeni anti-sionist əməliyyatı həyata keçirdiyini elan edib.

Tülkərim batalyonu bəyanat yayaraq elan edib: Biz Ət-Təyyibə keçidində işğalçı ordunun təhlükəsizlik mövqelərindən birini atəşə tutduq.

Tülkərim batalyonu daha sonra bu əməliyyatın səbəbinə işarə edərək əlavə edib: Bu əməliyyat şəhid Ayid Əbu Hərbin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bu, Tülkərim batalyonunun bu gün İordan çayının qərb sahilində müqavimət döyüşçüləri tərəfindən həyata keçirilən ikinci anti-sionist əməliyyatıdır və bu əməliyyat nəticəsində sionistlərin itkiləri ilə bağlı heç bir statistik məlumat verilməyib.

Eyni zamanda, Qüdsul-Əxbariyyə elan edib ki, Muxtariyyət Təşkilatının təhlükəsizlik xidmətinin bəzi elementləri Tülkərim nəzarət-buraxılış məntəqəsi yaradaraq avtomobillərə minən şəxslərin şəxsiyyət vəsiqələrini yoxlayır.

Qeyd edək ki, bu gün səhər Sərayəl-Qüdsə bağlı “Tülkərim” batalyonu İordan çayının qərb sahilində ilk anti-sionist əməliyyatı keçirdiyini elan edib və bildirib: “Bizim döyüşçülərimiz Tsanuz keçid məntəqəsini atəşə tutublar”.

Həmçinin, Sərayəl-Qüdsə bağlı Cenin batalyonu da sionist hərbçilərin nəzarət məntəqələrinin birbaşa hədəfə alındığı bir neçə atışma əməliyyatı keçirdiyini elan etmişdi.

Cenin batalyonunun bəyanatında deyilir: Bizim qüvvələrimiz Əl-Cəlmə, Salim və Cəlbu keçidlərində işğalçılarla toqquşaraq onlara qarşı geniş atışmalara başlayıb.

Cenin batalyonu öz bəyanatında vurğulayıb: Bu əməliyyat işğalçıların Fələstin xalqı və onun azad qadınlarına qarşı cinayətlərinə təbii reaksiyadır.

Bu bəyanatda sionistlərə qarşı əməliyyatların davam etdiriləcəyi elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + fifteen =